Ümumdünya mülki müdafiə günü

Məktəbin illik Mülki Müdafiə Planına uyğun olaraq 28 fevral 2020 – ci ildə 1 Mart Ümumdünya Mülki Müdafiə günü ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəb şagirdləri, müəllimlər, MM qərargah rəisi, hərbi rəhbər iştirak edirdi. Tədbirdə şagirdlərə Mülki müdafiə, Mülki müdafiənin məqsəd və vəzifələri, onu təşkil edilməsi prinsipləri haqqında geniş məlumat verildi.