“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Bakı məktəblilər arasında təşkil etdiyi “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi“nin keçirilməsi barədə verilmiş olduğu əmrə əsasən məktəbimizdə yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi. Əsas məqsəd şagirdlərin fizika elminə olan marağını artırmaq, nəzəri təcrübi biliklərin təkmilləşdirilməsi idi. Qruplar arasında keçirilən yarışda şagirdlərimizdən ən yaxşıları seçilərək şəhər mərhələsinə göndərilməsi nəzərdə tutuludu.