Şagirdlərin məntiqi bilikləri yoxlanıldı

Aprelin 30-da Bakı şəhəri məktəblilərinin ümumtəhsil pilləsində təhsil alan şagirdlərin məntiqi biliklərinin artırılmasına təkan vermək, onlara beynəlxalq və yerli olimpiadalar kimi tədbirlərdə iştirak etmək, istedadlı, xüsusi ilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkar etmək, onları həvəsləndirmək, elmə marağını artırmaq məqsədi ilə "Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası I Məntiq Olimpiadası"nın I turu, məktəb mərhələsi keçirildi. Olimpiadanı Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "İstək" liseyinin birgə əməkdaşlığı ilə keşirdi. Keçirilən olimpiadaya Bakı şəhəri 35 №-li tam orta məktəbin V, VI sinif şagirdləri də qatılmışdılar. 34 nəfər şagirdin iştirak etdiyi olimpiada saat 10.00-da başladı və 11.30-da başa çatdı. Olimpiadanın I mərhələsində məktəbin V, VI sinif şagirdləri böyük ruh yüksəkliyi ilə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi