İçərişəhərə ekskursiya edildi

25 aprel 2016-ci ildə 35№-li tam orta məktəbin VIII,IX,X sinif şagirdləri Bakı şəhərində yerləşən Azərbaycanımızın bir sıra tarixi yerlərinə səyahət etdilər. Məqsəd şagirdlərdə Azərbaycanın intibah mədəniyyəti, onun şanlı tarixi haqqında biliklərini daha da genişləndirməkdən ibarət idi. Şagirdlər XII əsr yadigarı olan Qız qalası, XV əsr yadigarı olan Şirvanşahlar sarayının canlı şahidi oldular. Bu abidələrin hansı məqsədlərlə inşa olunduğu haqqında ətraflı məlumat alaraq biliklərini daha da zənginləşdirdilər. Səyahətdən böyük zövq alan şagirdlər dövlətimizin tarixinin çox qədim olmasını bir daha öyrəndilər. Öyrəndilər ki, oğuz yurdu olan zəngin Azərbaycan torpaqlarını qəsb etmək istəyən yadellilər heç vaxt buna nail ola bilməmiş və olada bilməzlər. Tarixi abidələrimiz buna əyani sübutdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi