“Xarici Ədəbiyyatla tanışlıq” mövzusunda dərs keçirildi

Ingilis dili müəllimi S.Məmmədovanın 5a sinfində məktəbin kitabxanasında “Xarici Ədəbiyyatla tanışlıq” mövzusunda dərsi oldu. Müəllimə Amerika və İngilis yazıçı və şairləri haqqında geniş məlumat verdi. Şagirdlər Vilyam Şekspir, Çarliz Dikens, Mark Tven haqqında danışdılar. Məktəbin kitabxanasının rəhbəri Mənsurə Mehdiyeva Xarici Ədəbiyyat guşəsini şagirdlərə göstərdi və kitabların insanların həyatında rolunu bildirdi. 5a sinif şagirdləri xarici ədəbiyyatla yanaşı Azərbaycan və rus ədəbiyyatının müəllifləri haqqında geniş məlumat topladılar. Sonda Sədaqət müəllimə və şagirdlər kitabxanadan dərsin mövzusuna uyğun kitablar seçdilər. Dərsdə ADU-nun metodisti M.Hacızadə, pedaqoji təcrübəçi tələbələr iştirak etdilər.