“Kəşflər və ixtiralar” mövzusunda açiq dərs keçirildi

ADU-nun 4-cü kurs tələbəsi Niftaliyeva Könülün 9a sinfində açıq dərsi keçirildi.Mövzu “Discoveries and Inventions”. “Kəşflər və ixtiralar” idi. Dərsin məqsədi şagirdlərə dünyaca ixtiralar və kəşflər haqqında məlumat vermək idi. Dərsdə məktəbin təlim işləri üzrə direktor müavini Sofuyev Azad, ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Sədaqət , fənn müəllimləri Əhmədova Gülbəniz , Mehdiyeva Rəsmiyyə və metodist Hacızadə Mehriban iştirak etdilər. Dərs ümumi sorğu ilə başladı. Dərsin mövzusuna uyğun motivasiya aparıldı.Dərs zamanı qrup işindən istifadə edildi. Ümumilikdə dərs prosesində interaktiv təlim metodundan geniş istifadə edildi. Interaktiv təlim metodunun tələblərinə əsasən dərs prosesində smart LCD, video, slaydlardan istifadəyə əsaslandı. Dərsdə şagirdlərin dünya görüşünün formalaşdırılması xüsusi diqqəti cəlb etdi. Dərs çox gözəl ünsiyyət formasında müəllim və şagirdin qarşılıqlı ünsiyyəti şəklində keçirildi. Təlim metodlarının düzgün seçilməsi , şagirdlərin yaşına və inkişaf səviyyəsinə uyğunluğu düzgün seçilmişdi. Dərs şagirdlərlə səmərəli əks əlaqənin təmin olunması, əməkdaşlıq şəraitinin yaranması ilə sona yetdi.