Qanlı yanvar

Azərbaycan 30 ildir ki, Qanlı Yanvarın ağrısını tarixinin sinəsində gəzdirir. Bu ağrını hər il “Şəhidlər xiyabanı”nı ziyarət etməklə, günahsız ölümə məhkum edilənlərin qəbirlərinin üstünə güllər düzməklə təskinlik tapır, onları yad edirik.
Şagird və müəllimlərimiz məktəbdə müxtəlif sərgilər, dəyirmi masalar, ədəbi bədii kompozisiyalar təşkil edir, tədbirlər keçirirlər. Məktəbin geniş foyesində təşkil olunan rəsm sərgisində şagirdlərimiz o qanlı hadisəni gözləri ilə görmüş kimi rəsm etdikləri şəkilləri güllərlə bəzəyərək şəhidlərimizə öz sevgilərini bildirirlər.