“Yer kürəsi” günü

Bakı şəhəri 35№-li tam orta məktəbdə 22 aprel “Yer kürəsi” günü ilə əlaqədar “Dəyirma masa” keçirildi.“Dəyirmi masa” məktəbin ingilis dili müəllimi Sədaqət Məmmədovanın 7B sinfində oldu. Sədaqət müəllimə “Yer kürəsi” haqqında məlumat verdi. Artıq 30 ildir ki, dünyanın bir çox ölkələrində “Yer Kürəsi günü” qeyd olunur. Əgər 1970-ci ildə ilk “Yer Kürəsi günü” qeyd olunanda 20 milyon iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Sədaqət müəllimə “Yer kürəsini qoruyaq” başlığı altında proyekt işi verdi. Şagirdlər öz bilik və bacarıqlarını göstərməklə bir- biri ilə əməkdaşlıq etdilər, işlər bitdikdən sonra şagirdlər təqdimatlarını nümayış etdirdilər. “ Yer Kürəsi” haqqında slaydlar göstərildi, musiqi dinlənildi. “ Planeti qoruyaq”şüarı xorla deyildi.“ Dəyirmi masada” məktəbin tərbiyəvi işlər üzrə direktor müavini A.Vəliyeva, ADU-nun pedaqoji təcrübə keçən tələbələri iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi