"Dahilər ölmür"

22 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Uliyam Şekspirin vəfatının 400 illiyinə həsr olunan “ Dahilər ölmür “ adlı bədii gecə keçirildi.Tədbirdə 35№-li tam orta məktəbin ingilis dili müəllimləri S.Məmmədova, R.Mehdiyeva, N.Allahverdiyeva və məktəbin 6,7-ci sinif şagirdləri iştirak etdi.Gecəni Universitetin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının və "Sönməz məşəl" mədəni əlaqələr ictimai birliyinin birgə təşkilatçılığı ,Filologiya və jurnalistika fakültəsinin tələbələri təşkil etmişdilər.Universitetin akt zalında çoxlu sayda professor-müəllim heyəti, tələbələr iştirak edirdi. Öncə Avropa teatr və ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan U.Şekspirin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirildi, tələbələr onun sənətinin ölməz örnəklərindən olan “ Romeo və Culyetta” , “ Otello” əsərlərindən səhnəciklər , həmcinin bir neçə sonet və tərcümələrini səsləndirdilər.Gecənin sonunda Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri professor A.Sabitova , “Sönməz məşəl” mədəni əlaqələr ictimai birliyinin rəhbəri professor Ş.Nağıyeva tədbiri yüksək qiymətləndirdi. Tədbirin ərsəyə gəlməsində Universitet rəhbərliyinə , əməyi keçən hər kəsə , tədbirdə qonaq qismində olan 35 №-li məktəbin müəllim və şagird kollektivinə öz dərin minnətdarlıqlarını bildirdilər. Məktəbin şagirdləri tədbirin iştirakçıları ilə xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi