Qadın azadlığı haqları

Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəblərdə təşkil etdiyi “Azərbaycanda qadın hüquqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə 10-11-ci siniflər arasında inşa müsabiqəsi məktəbimizdə çox maraqla qarşılandı və keçirildi. Yazılan inşalar içərisindən X sinif şagirdi Əliyeva Emiliyanın “Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri” mövzulu inşası məktəb müsabiqəsinin qalibi olduğu üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilmişdir.
İnşada Azərbaycan qızlarının ta qədim zamanlardan bu günə qədər keçdiyi yolda təhsilin önəmi işıqlandırıldı.