“İdman elə - çempion ol!”

#Evdəqal - inkişafından qalma” silsilə tədbirlər çərçivəsində “İdman elə - çempion ol!” devizi altında onlayn idman yarışlarına yekun vurulub.
06-11 may 2020-ci il tarixlərində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə “#Evdəqal - inkişafından qalma” silsilə tədbirlər çərçivəsində “İdman elə - çempion ol!” devizi altında 2006-2007, 2008-2009, 2010-2011 və 2012-2013-cü il təvəllüdlü məktəblilər arasında onlayn idman yarışları keçirilib.
Gərgin mübarizə nəticəsində:
2006-2007-ci il təvəllüdlü oğlanlar arasında I yerə VIII A sinif şagirdi Məstəliyev Məhəmməd, qızlar arasında I yerə VIII B sinif şagirdi Novruzova Jalə, II yerə VIII A sinif şagirdi Fərəczadə Türkan, 2008-2009-ci il təvəllüdlü oğlanlar arasında isə I yerə V A sinif şagirdi Həkimov Ricat, II yerə VIII A sinif şagirdi Fərəczadə Fidan layiq görülmüşlər.
Şagirdlərimizi təbrik edir, onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq.