"Ekoloji problemlər və onların həlli yolları"
22.10.2024-cü il tarixində məktəbin kimya və biologiya müəllimləri Babayeva Reyhan və Baytalova Ramiyə 8 a sinif şagirdləri ilə birgə COP-29 la bağlı "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 8 a sinif şagirdləri ilə "Ekoloji problemlər və onların həlli yolları"nı müzakirə etdilər. Problemin həlli ilə bağlı şagirdlərlə tənqidi və yaradıcı yanaşmaları, məsələyə geniş aspektdən baxmaları üçün maarifləndirici söhbətlər etdilər. 8a və 8b sinif şagirdlərimiz problemin həllinə öz töhfələrini yalnız sözdə deyil, əməldə də göstərərək birlikdə ağac əkdilər.