"İlk Yardım Tədbiri”
Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi “ barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında MÜDTA dan BŞTİ nə daxil olmuş təlimata əsasən, məktəbimizdə şagirdlərimizin sağlamlığı və təhlükəsizliyinə dəstək olmaq üçün 30.10.2024-cü il tarixində akt zalında “İlk Yardım Tədbiri” təşkil etdik. Tədbirdə ərazi üzrə sahə pediatrı Əliyeva Samirə xanım və məktəbin Hərbi müəllimi iştirak etdilər.Tədbir zamanı şagirdlər ilkin tibbi yardımın vacib qaydalarını öyrəndilər və fövqəladə hallarda necə davranmalı olduqlarını praktiki olaraq tətbiq etdilər. Məqsədimiz, sağlam və təhlükəsiz bir gələcək üçün onları həyati bacarıqlarla təchiz etməkdir!”