8 Mart "Beynəlxalq Qadınlar" Bayramı Günüdür.
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Xəzər rayon yeni Qala qəsəbəsi 323 saylı məktəbin Həmkarlar İttifaqı təşkilatı tərəfindən bayram tədbiri təşkil edilib.06.03.2015-ci il8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Xəzər rayon 323 nömrəli məktəbdə bayram tədbiri keçirilib. Tədbirdə məktəbin bütün qadın işçiləri iştirak edib. Bayram tədbirini məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri Cəfər Ələsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi. Cəfər Ələsgərov 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi. Bildirdi ki, 104 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri Cəfər Ələsgərov çıxışında bildirmişdir ki, Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.Məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri bildirmişdir ki, müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Atalar gözəl deyib. «Kişi evin dirəyidirsə, qadın evin çırağıdır». Məhəmməd Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr etmiyə bilmərik.Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır ki, buda ölkəmizdə qadınların problemlərinin aradan qaldırılmasının, onların təşkilatlanmasına verilən dəyərin bariz sübutudur.Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Sonda məktəb Həmkarlar İttifaqı Təşkilatının Sədri Cəfər Ələsgərov qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara məktəb Həmkarlar İttifaqı təşkilatının hədiyyələri təqdim olundu.