Dəyirmi masa

Məktəbimizdə “ 27 Sentyabr - Anım Günü “nə həsr olunmuş silsilə tədbirlər davam etdirilib.

Tarix müəllimi Fidan Balayeva 6 – cı sinif şagirdləri ilə 27 sentyabr tarixində dəyirmi masa təşkil edib. Əvvəlcə Qarabağ tarixi və 44 günlük Vətən müharibəsi mövzusunda diskussiya aparılmış, sonra isə Vətən müharibəsinin şəhidləri haqqında müəllim və şagirdlər tərəfindən məlumatlar verilmişdir. Müqəddəs Şəhidlər  bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, direktor müavinləri, müəllimlər iştirak etmiş və aparılan müzakirədə öz fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi