27 sentyabr – Anım Günüdür

2020 – ci il sentyabrın 27- də Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmış və 44 gün ərzində mənfur düşmən məhv edilmişdir.

Məktəbimizdə 27 sentyabr tarixində sıra xətti zamanı məktəbin direktoru Taleh müəllim Şahbazov Vətən müharibəsi və Qarabağda lokal antiterror əməliyyatları haqqında məlumat vermiş, müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə məktəbin Şəhid məzunları Vüsal İsmayılzadə və Əmrah Əkbərov yad edilmiş, məktəbin foyesində olan Şəhidlər guşəsinə  tər qərənfillər düzülmüşdür.

Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim tədbirdə çıxış edərək şəhidlərimizə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Məktəb rəhbərliyi, müəllimlər və şagirdlər birlikdə məktəbin Şəhidlər parkını, Buzovna Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Məktəbdə “ Anım Günü ”nə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi