Bilik yarışı

Məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “ Bilik yarışı ” keçirilib. ” Bilik yarışı ” 05 may 2023 –cü il tarixində Biologiya müəllimi Rəmziyyə Bayramovanın təşkilatçılığı ilə VII sinif şagirdləri arasında olub.

Bilik yarışında məktəb rəhbərliyi, fənn müəllimləri VII sinif şagirdləri iştirak ediblər. Tədbirdə ilk öncə B.Rəmziyyə müəllim Ümummilli lider Heydər Əliyevin həyat yolundan, Azərbaycan xalqına xidmətindən bəhs etdikdən sonra videorolik nümayiş etdirilmişdir. Bilik yarışında doqquz VII sinif komandası iştirak edib. Yarışda I yerə VIIç sinfi , II yerə VIIf sinfi, III yerə VIIb sinfi layiq görülüb.

Bilik yarışına yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Ümummilli lider Heydər.Əliyevin 100 illiyinə həsr olunmuş bu yarışı təqdirəlayiq hesab etmiş, dahi şəxsiyyətin Azərbaycan xalqının tarixindəki önəmli rolundan danışmış, biologiya fənninə marağın artmasının vacibliyini qeyd etmişdir. Tədbirdə qalib olmuş siniflərin şagirdlərinə mükafatlar təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi