Ölkəni tanıt
Noyabrın 13-də 321 nömrəli orta məktəbin Xa sinif şagirdi Hümmətov Amin "Ölkəmizi tanıyaq" layihəsində iştirak etdi.Ölkə başçımız İlham Əliyevin göstərişi ilə hər il respublikamızın məktəbliləri ölkə turlarında iştirak edirlər.Bu il Qaradağ rayonunun məktəbliləri Gəncə-Göygöl istiqamətində yola düşdülər.4 gün davam edən gəzinti zamanı məktəblilər tarixi-mədəni abidələrlə tanış oldular, müxtəlif intellektual yarışlarda, gəzintilərdə iştirak etdilər.Layihədə iştirak edən bütün məktəblilərin valideynləri adından dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.