Muzey həftəsi

18-25 may 2025-ci il tarixlərində məktəbimizin şagirdləri Bakı şəhərinin tarixi ərazilərinə ekskursiya etdilər.Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəblilər üçün təşkil etdiyi muzey həftəsi "Müxtəlif sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi" mövzusuna əsaslanır.Məktəbimizin 4a sinfinin və icma əsaslı qrupumuzun şagirdləri Balaxanı, Qala və İçərişəhər kimi tarixi ərazilərdə oldular.
Ekskursiyalar üçün bu ərazilərin seçilməsində məqsəd həmin ərazilərin daşıdığı tarixi dəyərin, zəngin mədəni irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsindən ibarətdir.