Müstəqilliyimiz,suverenliyimiz əbədidir.

   28 may Azərbaycanın müstəqilliyi günüdür.Bu  günün qeyd olunması məqsədilə  məktəbimizdə  təntənəli tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı.Daha sonra Müstəqilliyimizin xilaskarı Heydər Əliyevin  və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vasif Musayev bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən  də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

   XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir,  müstəqil  Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

   Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

   Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqilliyimizin təminatçısıdır.Məhz onun  sayəsində  xalqımız müstəqillik bayramını bu gün bütöv və qüdrətli Azərbaycanda qeyd edir.

   Tədbirdə çıxış edən şagirdlər vətənimizə və müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndirdilər, rəqs etdilər. Daha sonra şagirdlərimizin ifasında fləşmob keçirildi.Sonda məktəbin direktoru V.Musayev tədbirin təşkilatçılarına və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi