Zərərli vərdişlərə yox deyək!

"Sağlam nəsil-parlaq gələcək" layihəsinin keçirilməsi ilə əlaqədar Tədbirlər planının müvafiq bəndinin həyata keçirilməsi məqsədilə may ayında məktəbimizdə "Mənimlə danış" adlı proqram təqdim olundu.Proqramda zərərli vərdişlərdən əziyyət çəkən müxtəlif "qəhrəman"ların həyat hekayələri dinlənildi.Onların normal həyata dönmələri, cəmiyyətə adaptasiya olmaları üçün "ekspertlər" məsləhətlər verdilər.
Tədbirdə iştirak edən Yetkinlik yaşına çatmayan gənclərlə iş üzrə mütəxəssis Anar müəllim aktyorluq bacarığını alqışladı.Bildirdi ki, narkotik adlı bəladan uzaq olmaq üçün sağlam həyat tərzini seçməli, faydalı işlərlə məşğul olmalı və təhsilimizə önəm verməliyik.