Kibertəhlükəsizlik

   May ayında peşə təmayüllü XI sinif şagirdi Asim Balayev Fəal Məktəb birliyinin təşkilatçılığı ilə"Kibertəhlükəsizlik nədir?" mövzusunda maarifləndirici görüş keçirdi.A.Balayev görüşdə iştirak edən müəllim və şagirdlərə bildirdi ki, biz hazırda informasiyanın sürətlə yayıldığı, xidmətlərin getdikcə rəqəmsallaşdığı bir dövrdə yaşayırıq.Belə bir şəraitdə insanların texnologiyanı düzgün, təhlükəsiz və məqsədyönlü şəkildə istifadə edə bilməsi yalnız şəxsi inkişaf üçün deyil, eyni zamanda, milli təhlükəsizlik və ictimai rifah üçün də həyati əhəmiyyət daşıyır.

   Rəqəmsal savadlılıq, insanların yalnız kompüter və İnternetdən istifadə bacarıqları deyil, həm də lazımi informasiyanı axtarıb tapmaq, informasiya resurslarını təhlil etmək, saxta xəbərləri ayırd etmək, kibertəhlükələrdən qorunmaq və onlayn etik davranış qaydalarına əməl etmək bacarığıdır.

   Son zamanlar kiberzorakılıq halları ilə bağlı yeniyetmələrin  psixoloji gərginlik halları yaşadığını eşidirik.Belə halların qarşısının alınması üçün onların daxili güvəni artırılmalıdır və müdafiə mexanizmləri gücləndirilməlidir.

   Gənclər bilməlidirlər ki, ad, soyad, yaş, məktəb, şəkillər və s. kimi şəxsi məlumatların kimə və necə təqdim edilməsi təhlükəli ola bilər.Onlara “Paylaşdığın hər bir şey iz qoyur” prinsipi, informasiya təhlükəsizliyi öyrədilməlidir. Bu, onların şəxsi həyatlarını və gələcək karyeralarını da qoruyacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi