Hüquqlarımız

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il tarixli 2231 nömrəli Sərəncamı ilə 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilmişdir.Ombudsman tərəfindən ənənəvi olaraq 18 may-18 iyun tarixləri “İnsan hüquqları Aylığı” elan olunmuşdur.

   Bu məqsədlə məktəbimizdə "İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirildi.İngilis dili müəllimləri Lamiyə Qəniyeva və Ülkər İsmayılzadənin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərimiz uşaq hüquqları barədə ətraflı məlumat verdilər, səhnəciklər təqdim etdilər.

   Məktəbin direktoru Vasif Musayev ingilis dilində keçirilən maarifləndirici tədbir üçün müəllimlərə və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi