Valideyn iclası
Həftənin şənbə günü 02 noyabr 2019-cu il tarixdə məktəb rəhbərliyi IX sinif valideynləri ilə görüş keçirdi.valideyn iclasının protokoluna əsasən I məsələ olaraq IX buraxılış siniflərin davamiyyəti məsələsi müzakirə edildi.Daha sonra şagirdlərin keyfiyyət göstəriciləri təhlil olundu.İclasda çıxış edən müəllimlər dərsdən yayınan şagirdlərin valideynlərinin də məktəbə gec-gec gəlmələrini vurğuladılar.Bildirdilər ki, əgər valideynlər məktəblə, müəllimlə sıx əlaqə saxlasalar şagirdlərdə müsbətə doğru dəyişikliklər baş verər.İclasın sonunda qəbul olunan qəraralar səsləndi.
1.Valideynlər övladlarının dərsdən sonra təşkil olunmuş fakultativ qrup məşğələrərində iştirak etmələrini təmin etsinlər.
2.Hər bir valideyn övladının dərsdənyayınma hallarının qarşısını almaqda məktəblə sıx əməkdaşlıq etsin.