"Final"
16 mayda məktəbdə kimya fənni üzrə bilik yarışının final mərhələsi keçirildi.Finala xal bərabərliyi ilə çıxan komandalar yazılı sualları cavablandırdılar, məsələləri həll etdilər.Kimya müəllimi Təmkin Hüseynovun verdiyi ballara əsasən I yer 7c-Oksigen, II yer 7a- Qızıl, III yer 7ç -Ozon, IV yer 7b -Almaz komandalarına verildi.