"Vətən məhəbbəti"

Mayın 3-də məktəbdə çox gözəl tədbir keçirildi.Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında birgə iş Planı hazırlanmışdır.Bu iş planına əsasən "Vətən məhəbbəti mənəvi ucalıq nümunəsidir" adlı alt-istiqamət üzrə hədəfləri əhatə edən mövzulardan biri də ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqidir.321 saylı məktəbin rəhbərliyi bu şərəfli yolun ilk yolçuları kimi 5b sinfinin namizədliyini irəli sürmüşdür.Belə ki, 5b sinfinə Azərbaycan xalqının igid oğlu, Milli Qəhrəman Mübariz İbrahimovun adının daşıması kimi məsul və şərəfli bir vəzifə tapşırıldı.Tədbirdə uşaqlar Milli Qəhrəmana həsr olunmuş şeirlər söylədilər, vətənpərvərlik ruhlu mahnılar oxudular, səhnəcik və videoçarxlar nümayiş etdirdilər.Tədbirin sonunda 5b sinif rəhbəri Lalə müəllimə bu şərəfli, məsuliyyətli vəzifəni daşıyacaqları üçün qürur duyduğunu və daha əzmlə irəliləyəcəklərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi