"Dəyirmi Masa"
Mayın 2-də məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi.Tədbirdə Qaradağ rayon Yeni Azərbaycan Partiyası Təşkilatının məsul nümayəndəsi R.Məmmədov, SOCAR Təlim Tədris Mərkəzinin direktoru N.Məmmədova, məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini A.ağayev çıxış etdilər.Natiqlər bildirdilər ki, Azərbaycanın çoxəsirlik dövlətçilik tarixində ulu öndərimiz Heydər Əliyevin müstəsna yeri vardır.Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətini və millətini ən çətin sınaqlardan çıxararaq ölkənin ictimai-siyasi , iqtisadi və mədəni -mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.