Cavid ömrü

20 dekabr 2018-ci il tarixdə 321 saylı orta məktəbdə Hüseyn Cavidin anadan olmasının 136-cı ildönümü qeyd edildi.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Əmiraslanovanın Xb sinfi ilə hazırladığı ədəbi-bədii gecədə yazıçı, şair, dramaturq Hüseyn Cavidin ömür yolundan, zəngin yaradıcılığından söz açıldı.Bütün türk dünyasının ortaq dəyəri , romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi olan Hüseyn Cavidin fəlsəfi fikirləri insan adlı varlığın iç dünyasını bütünlüklə üzə çıxarmağa qadirdir.Tədbir iştirakçıları görkəmli ədibin əsərlərindən parçalar söylədilər.Məktəbin direktoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Bayramova Ceyran Cavid dühasının parlaq əsərlərinin gənc nəslə verdiyi müsbət tərbiyəvi əhəmiyyətini vurğuladı.Tədbirin sonunda "Cavid ömrü" adlı videoçarx izləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi