Qlobal Əlyuma Gününün Yekunu
06 dekabr 2018-ci il tarixdə 321 saylı tam orta məktəbin Su Sanitariya Gigiyena klubunun üzvləri 111 saylı orta məktəbdə təşkil olunmuş Qlobal Əlyuma Günü kompaniyasının yekun mərhələsində iştirak etdilər.Konsert proqramında seçilmiş 10 məktəbin nümayəndələri, UNİCEF-in YİYKonsaltinqin əməkdaşları,Təhsil Nazirliyinin və BŞTİ-nin fəxri qonaqları iştirak edirdilər.Məktəbimizi təmsil edən SSG klubunun üzvləri,mentor müəllim və məktəbin direktoru tədbirə qatılaraq şagirdlərin mövzu ilə bağlı əl işlərini nümayiş etdirdilər.Klubun üzvlərinə təşəkkürnamə və hədiyyələr təqdim olundu.