Uşaq Hüquqları aylığının yekunu
14 noyabr 2018-ci il tarixdə 321 saylı tam orta məktəbdə Uşaq Hüquqları aylığı çərçivəsində geniş tədbir keçirildi.Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti nümayəndəsi,Qaradağ Rayon Gənclər və İdman İdarəsinin Rəisi, YAP Qaradağ Rayon nümayəndəsi, Yeniyetmələrlə iş üzrə şöbənin əməkdaşı iştirak edirdilər.Tədbirdə Məktəbin Xa sinif şagirdi Mikayılova Zəhra geniş məruzəylə çıxış etdi.Uşaq hüquqları konvensiyasının qəbul edilməsi,kateqoriyaları, onlardan istifadə haqqında geniş məlumat verdi.Digər məruzəçilər ölkəmizin BMT-nin "Uşaq hüquqları haqqında" konvensiyasına ratifikasiya etməsi, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, bu gün ölkəmizdə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımların atılması haqqında çıxış etdilər.