Müəllimlər Günü qeyd edildi

5 oktyabr “Beynəlxalq müəllimlər günü”dür. Beynəlxalq müəllimlər gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilir. Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı sabahına, gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevən insandır, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir...müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.Müəllimlər günü Qaradağ rayon Qobustan qəsəbəsi 321 saylı məktəbdə də qeyd edilib. Bayram tədbirində məktəbin şagirdləri müəllimlər üçün hazırladıqları şeir və mahnıları səsləndiriblər. Tədbirdə məktəbin direktoru Ceyran Bayramova çıxış edərək bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib,
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi