15 Sentyabr Bilik Günü

"Bilik günü" - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Ölkəmizdə Bilik günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. Prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin ugrlu davamının göstəricisidir. Bu gün ölkənin hər bir ali və orta təhsil müəssisəsində olduğu kimi Bakının Qaradağ rayonundakı 321 saylı orta məktəbdə də Bilik günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə iştirak edən qonaqların, müəllimlərin çıxışlarından sonra ilk dəfə məktəbə qədəm qoyan şagirdlər şeirlər söyləyiblər. Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbir Bilik gününə həsr etdikləri musiqili proqramlarla davam etdirilib.