Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd edilir. 321 saylı məktəbdə 5a,5b,5c və 5ç sinifinin şagirdləri ilə birlikdə keçirilən 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli tədbirlə qeyd olunub. Tədbirdə məktəbin direktoru Ceyran Bayramova uşaqları bayram münasibəti ilə təbrik edib, onlara uğurlar azulayıb. Tədbir zamanı şagirdlər məktəb həyətində sərbəst mövzularda rəsmlər çəkirdi. Burada həmçinin məktəblilər hazırlanmış əl işləri və kiçik oyuncaq hədiyyələri ilə “Suriyadakı uşaq və gənclər üçün bir ümid” adlı sosial kampaniyaya qoşulub. Eyni zamanda, uşaqların daha çox əylənməsi və vaxtlarını şən keçirməsi məqsədilə musiqilər səslənibm və şagirdlər öz rəqsləri ilə tədbiri davam etdiriblər.