5 - ci siniflər arasında "Breyn Rinq" keçirildi
Şagirdlərin bacarıqlarının inkişaf etdirilməsi məqsədilə məktəbdə breyn-rinq bilik yarışı keçirildi. Məktəbin V sinif şagirdləri arasında keçirilən oyunda siniflərdən hər birində 6 şagird olmaqla 4 komanda iştirak etmişdir. Münsiflər heyəti yarışın yekununa görə balları hesablayaraq qalibi elan etdi. Kəskin mübarizənin sonunda 5 c sinfi qalib gəlmişdir. 5c sinfinin "Real 321" komandası qalib olaraq qiymətli hədiyyə ilə, digər komandalar həvəsləndirici hədiyyələrlə mükafatlandırıldı. Həm şagird, həm də valideynlər bu cür tədbirlərin mütəmadi keçirilməsi arzusunu bildirdilər.