Rus-dili günü

6 İyun Beynəlxalq Rus Dili Günüdür.Bu gün dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günüdür.Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da  rus dili günü qeyd olunur.Rus dili gününün qeyd olunması və rus dilinə marağın artırılması məqsədilə məktəbimizdə gözəl bir  tədbir  keçirildi.

   Tədbir rus dili müəllimi Lalə Rəhimli  tərəfindən təşkil edilmişdi.Tədbirdə şair Puşkinin yaradıcılığı, rus ədəbiyyatı, rus dili və mədəniyyəti haqqında təqdimatlar oldu.Daha sonra rus dilində mahnılar oxundu, kompozisiyalar nümayiş olundu.

   Məktəbin direktoru  Vasif  Musayev  tədbir iştirakçılarını salamlayaraq  bildirdi ki, rus dilinin əhəmiyyəti dünya səviyyəsində də yüksəkdir.Bir çox ölkədə rus dili tədris olunur və rus dili bilikli insanlar dünya ədəbiyyatına və mədəniyyətinə mühüm töhfələr verir.Daha sonra  Vasif müəllim  tədbiri hazırlayan Lalə Rəhimliyə və şagirdlərə  öz minnətdarlığını bildirdi.Onlara gələcək layihələrdə uğurlar arzuladı.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi