"Konstitusiya və Suverenlik ili" - YAP ərazi partiya təşkilatının iclası

15 may 2025-ci il tarixində 321 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyası Qaradağ Rayon təşkilatı üzrə 81 saylı ərazi partiya təşkilatının iclası keçirildi.İclası giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiya üzvlərini-müəllimləri salamladı.Q.Əliyev çıxışında bildirdi ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.Dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Azərbaycanın Dövlət Suverenliyi Günü isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən birini təşkil edir.
Azərbaycan 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra öz müstəqilliyini bərpa etmək üçün mühüm addımlar atdı.Bununla yanaşı, Azərbaycan xalqının suverenlik arzusu və müstəqilliyə olan iradəsi, 1918-ci ildə qurulmuş və cəmi iki il davam edən Azərbaycan Xalq Cümhuriyyətindən irəli gələn ənənələrə söykənirdi. Cümhuriyyətin süqutundan sonra 70 ilə yaxın Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı öz müstəqillik arzularını daim ürəyində yaşatmışdı.
1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan rəsmən müstəqil dövlət statusunu bərpa etdi.
Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb.1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib.Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb.Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Ulu Öndərin hər birimizə tövsiyəsidir:“Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”, “Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!”.
Çıxışının sonunda Partiya rayon təşkilatının sədri Qafar Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyası prezidentimiz İlham Əliyevin suvernliyimiz və konstitusiyamızın dünyada tanınması istiqamətində gördüyü misilsiz işlərdə hər zaman ön sıralarda olacaqdır.