VI siniflər arasında futbol yarışı

"Sağlam nəsil-parlaq gələcək" layihəsinin keçirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər planının 2.1-ci bəndinə uyğun olaraq, məktəbin tədbirlər planının müvafiq bəndinin icrası məqsədilə 6-cı siniflər arasında futbol yarışı keçirildi.
Sağlam həyat tərzinin və idmanın sağlamlığın əsas şərtlərindən biri olduğunu təbliğ etmək məqsədilə keçirilən yarışda 6ç sinfinin komandası qalib gəldi. Komandalara diplomlar təqdim olundu.