Parlaq gələcəyimiz öz əlimizdədir

"Sağlam nəsil-parlaq gələcək " layihəsinin keçirilməsi ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planının 5.1-ci bəndinə uyğun olaraq, məktəbin tədbirlər planının müvafiq bəndinin icrası ilə əlaqədar "Parlaq gələcəyimiz öz əlimizdədir" adlı görüş keçirildi.
Görüşdə məktəbimizin 2020-ci il məzunu , hazırda Azərbaycan Tibb Universitetinin V kurs tələbəsi Ellada Əlizadə iştirak edirdi.Məzunumuz orta məktəb illərindən, müəllimlərin onun həyatındakı rolundan danışdı.Bildirdi ki, məktəb dövründə olimpiada və müsabiqələrdə qazandığı uğurlar onun ixtisas seçimində mühüm əhəmiyyət daşımışdır.Daha sonra qonağımız E.Əlizadə şagirdlərin suallarını cavablandırdı.