Mən öz gələcəyimi seçirəm

"Sağlam nəsil-parlaq gələcək" layihəsinin keçirilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planının 5.1-ci bəndinin icrası ilə əlaqədar məktəbimizdə " Mən öz gələcəyimi seçirəm" adlı sərgi təşkil olundu.
Şagirdlər mühəndis, müəllim, rəqqas, idmançı, həkim, dülgər peşələri haqqında əl işləri təqdim etdilər, ətraflı məlumat verdilər.
Məktəbin direktoru Vasif Musayev şagirdlərə və tədbiri təşkil edən müəllimlərə-Gülər Səfərova, Cəmalə Dəmirova və Şeyda Əhmədovaya məktəb rəhbərliyi və müəllimlər adından təşəkkür etdi.Bildirdi ki, hər bir peşəni kamil bilmək əsas hədəfimiz olmalıdır.Dahi Nizami Gəncəvi deyir:" Kamil bir palançı olsa da insan,yaxşıdır yarımçıq papaqçılıqdan."