Dəyərlərimiz-Milli Musiqimiz

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə 29 aprel tarixində 321 nömrəli tam orta məktəbdə "Milli musiqimiz" adlı tədbir keçirildi.
"Dəyərlərimizi qoruyaq" layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planının 8.1-ci bəndinə əsasən keçirilən tədbirdə milli musiqimizin tarixindən danışıldı.Xalq mahnıları oxundu.Xalq çalğı alətimiz olan sazda çalınan ifalar hər kəsin könlünü oxşadı.
Məktəbin direktoru Vasif Musayev tədbiri hazırlayan Vüsalə müəllimə və şagirdlərə öz təşəkkürünü bildirdi.