Böyük Uğurun astanasında
22 aprel 2025-ci il tarixində məktəbin direktoru Vasif Musayev buraxılış imtahanında yüksək bal toplayan və tələbə adı qazanmağa namizəd XI sinif şagirdləri ilə görüşdü.Şagirdlərimizi təbrik edən məktəbin direktoru bildirdi ki, XI sinif şagirdlərimizin hədəfi ali məktəbə qəbul imtahanında da maksimum bal toplamaqdır. Bu hədəfə çatmaları onların arzuladığı ixtisas üzrə universitetlərə daxil olmasını reallaşdıracaqdır. Bu yolda onların hər birinə uğurlar arzu etdi.