Bilim Bakı Mərkəzində

22 aprel 2025-ci il tarixində məktəbimizin şagirdləri "Bilim Bakı Mərkəzi"ndə keçirilən təlimlərdə oldular.Təlimlərin keçirilməsində məqsəd 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək olmaqdan ibarətdir.Təlimlər Riyaziyyat və Təbiət elmləri laboratoriyalarında keçirildi.