Məktəbimizdə Novruz şənliyi

19 mart 2025-cil tarixində 321 nömrəli tam orta məktəbdə Novruz şənliyi keçirildi.Şənlikdə müəllim və şagirdlər iştirak etdilər.İstedadlı şagirdlərimizin təqdimatında bayram nəğmələri oxundu, Novruz deyişmələri səsləndi, milli rəqslər ifa olundu.Bahar qızının, Kosa və Keçəlin çıxışları, milli geyimli qızların haxıştaları, qədim Novruz adət-ənənələrinin təqdim olunması bayram konsertinə rəng qatdı.
Tədbirin sonunda məktəbin direktoru Vasif Musayev hər kəsin bayramını təbrik edərək Bədii qiraət dərnəyinin rəhbəri Lalə Nağılıya, musiqi dərnəyinin rəhbəri Vüsalə Nuriyevaya və çıxış edən şagirdlərə öz təşəkkürünü bildirdi.