Bayram sovqatı

17 mart 2025-ci il tarixində məktəbin direktoru Vasif Musayev, peşə siniflərinin qrup rəhbəri Badam Həsənova və peşə ixtisas müəllimləri Xəyalə Ömərova, Aynur Babayeva peşə təmayüllü X və XI sinif şagirdləri ilə birlikdə "Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyi" mərkəzində oldular.Müəllim və şagirdlərimiz qayğıya ehtiyacı olan uşaqlara bayram sovqatı təqdim etdilər, onlarla rəqs etdilər, əyləndilər.
Qayğıya və fiziki dəstəyə ehtiyacı olan bu uşaqları sevindirmək bizə əsl bayram sevincini yaşatdı.