Şagirdlərimiz Hərb Tarixi Muzeyində

Məktəbin hərbi rəhbəri kapitan Azər Verdiyevin rəhbərliyi ilə bir qrup yuxarı sinif şagirdinin Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olundu.
Muzeyin ilk zalı qədim, erkən, orta əsrlər dövrü zalıdır. Zalda 439 eksponat saxlanılır.Zaldakı ilk 3 stenddəki eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edir.Digər stendlərdə Manna-Midiya, Atropatena, Albaniya dövlətləri haqqında geniş məlumat verilir.
Heydər Əliyev və ordu quruculuğu zalı da maraqlı məlumatlarla zəngindir.Bu zalda 533 eksponat mühafizə olunur.Buradakı stendlərin hər biri ayrıca mövzudur.Zalda dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur.