Cəmşid Naxçıvanski adına Hərbi Liseyə ekskursiya

Yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi məqsədilə bir qrup VIII-IX sinif şagirdlərimiz məktəbimizin hərbi rəhbəri, Vətən müharibəsi iştirakçısı kapitan Azər Verdiyevlə birlikdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ekskursiyada oldular.
Ekskursiya zamanı şagirdlər kursantların məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olub, fiziki hazırlıq və tədris məşğələlərində də iştirak ediblər.