Mükafatlandırma

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin təmin edilməsi məqsədi ilə MÜTDA-nın müvafiq əmri ilə 4-10 mart 2025-ci il tarixlərində keçirilmiş idman həftəsi yekunlaşdırıldı.
Məktəbin direktoru Vasif Musayev, direktor müavini Könül Musayeva, fiziki tərbiyə müəllimləri Rəşid Mehdiyev və Fəridə Bayramova idman həftəsində qalib gəlmiş şagirdləri diplomlarla mükafatlandırdılar.