Xocalı Soyqırımı-unutmadıq, unutdurmarıq!

   26 fevral 2025-ci il tarixində məktəbin  kitabxanasında Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa təşkil edildi.4-cü sinif şagirdləri üçün təşkil edilən dəyirmi masada tarix müəllimi Nurəddin Hümmətov çıxış etdi.

    Bildirdi ki, Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi.Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

   Azərbaycan Respublikasının  Ali Baş Komandanı İlham Əliyevin  rəşadəti və düzgün siyasəti nəticəsində 30 il sonra Xocalıya yenidən qayıtdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi