Məndə sığar iki cahan
25 fevral 2025-ci il tarixində səhər sırasında müəllim və şagirdləri İmadəddin Nəsimi öz şeirləri ilə qarşıladı.Məktəbin 7ç sinif şagirdi Balayev Əlimirzə Nəsimi obrazında hər kəsi salamladı.Onun səsləndirdiyi "Məndə sığar iki cahan", "Sığmazam", "Etməgil" qəzəlləri müəllim və şagirdlər tərəfindən çox bəyənildi.Məktəbin "Bədii qiraət" dərnəyinin rəhbəri Nağılı Lalənin Ədəbiyyat aylığı çərçivəsində təqdim etdiyi bu layihə növbəti günlərdə də davam edəcək.