Beynəlxalq Ana dili Günü

21 fevral 2025-ci il tarixində 321 nömrəli tam orta məktəbdə “Beynəlxalq Ana Dili Günü” mövzusunda açıq dərs keçirildi.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Səfərovanın hazırladığı açıq dərs 6b sinif şagirdlərinin iştirakı ilə təqdim edildi.Şagirdlər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirdilər, ana dilimizin orfoqrafiya və orfoepiya qaydalarına həsr olunmuş videoçarx təqdim etdilər.Azərbaycan dilinə həsr olunmuş şeirlər, hikmətli kəlamlar səsləndirildi.
Tədbirdə iştirak edən Axərbaycan dili və ədəbiyyat müəllimi Nurlan Əliyev fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər saldı.Bildirdi ki, ana dili millətin, xalqın mənəvi sərvətidir.Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli dəyəridir.Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir.Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib.
Məktəbin direktoru Vasif Musayev dərsin sonunda Gülər müəllimə və şagirdlərə təşəkkür etdi.Bildirdi ki, biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.